Azərbaycanda 407 ölü, 1117 yaralı - `Yol qətliamı`
K.Əliyev qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 171 hadisə (14,1%), 105 ölüm faktı (20,5%), 117 xəsarət alma faktı (9,5%) azalıb.
Şöbə rəisinin sözlərinə görə, qəzaların çoxu piyadaların vurulması ilə bağlı olub: "Piyadavurmalar ümumi hadisələrin 39 %-ni təşkil edib. Belə ki, 408 piyadavurma hadisəsi nəticəsində 143 nəfər ölüb, 313 nəfər isə xəsarət alıb. Təəssüflə qeyd edirəm ki, qəzalar zamanı ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlı uşaqlar olub. Ölənlərdən 11-i, yaralananlardan isə 24-ü 7 yaşınadək, ölənlərin 23-ü, yaralananların 75-i isə 7 yaşından 16 yaşınadək olan uşaqlardır”.
BDYPİ sözçüsü bildirib ki, qəzaların çoxu sürücülər tərəfindən ötmə və qarşı hərəkət zolağına çıxma əməliyyatı zamanı qaydaların pozulması nəticəsində törədilib: "Bu səbəbdən 382 qəza baş verib. Nəticədə 144 nəfər ölüb, 490 nəfər isə xəsarət alıb".
Teqlər: