Elmira Qafarovanın `qızı`: `Məni övladlığa veriblər...` (VİDEO)

Elmira Qafarovanın `qızı`: `Məni övladlığa veriblər...` (VİDEO)
  16 İyul 2015    Oxunub:10985
Özünü Ali Sovetin sədri olmuş mərhum Elmira Qafarovanın qızı kimi təqdim edən Qafarova İnayət barəsində yeni detallar məlum olub.

AzVision.az saytı qadınla görüşündə məsələnin qaranlıq məqamlarına aydınlıq gətirib.

Videomüsahibəni ixtisarla təqdim edirik:

- Müsahibənizdən sonra qohumlarınız sizin Elmir Qafarovanın qızı olmadığınızı bildirdilər. Amma siz hələ də özünüzü Elmir Qafarovanın qızı kimi təqdim edirsiniz. Necə sübüt edə bilərsiniz ki, onun qızısınız?

-Mən sizə demişdim axı, onlar mənim üzə çıxmağımı istəmirlər. Mən məsələnin qaranlıq məqamlarına aydınlıq gətirmək istəyirəm. Məni anam qohumu Ədilə Hüseynovaya övladlığa verib. Onun uşağı olmurdu. Bunu mənə sonralar böyük xalam dedi. Ədilə xanım rəhmətə gedəndən sonra digər bacısı Mürnisə məni dəlixanaya saldırdı və başıma bu oyunları gətirdi.

-Qohumlarınızdan kimləri tanıyırsınız?

-Qohumlarım arasında tanınmış adamlar da var. Qardaşım Oqtayın həyat yoldaşı Afaq Məlikovanın gəlini idi. Bundan başqa müğənni İzzət Bağırovla bizim qohumluq əlaqəmiz var. Mənim nənəm onun nənəsi ilə doğma bacıdır. Nənəmin adı Hüseynova Türyə Kərbəlay qızıdır. Siz onlardan soruşsanız məni tanıyarlar. Amma qohumlarımın çoxu məni görməyiblər. Ona görə ki, məni xalam qızlığa götürüb saxlayıb.

-Şəxsiyyət vəsiqənizdə soyad və atanızın adı necə qeyd olunub?

- Məni Ədilə xala övladlığa götürəndən sonra soyadımı dəyişdirib. Sənədlərdə Hüseynova İnessa Həşim qızı gedirəm. Mənə bu haqda böyük xalam Rəfiqə deyib. Bu gün onun vəziyyəti çox ağırdır. Şəkər xəstəliyindən əziyyət çəkir. Bütün həqiqətləri o bilir.

- Elmir xanımı və ya “atanızı” necə xatırlayırsınız?

-Niyə xatırlamayım. Anam balacaboy ,eynəkli qadın idi. Səsi də qalın idi. Atam isə hündürboy yaraşıqlı kişi idi. Anamın əsli Balaxanıdandır. Atamgil isə dağlıdır. Amma onların hər ikisi Bakıda böyüyüblər.Anamın qəbri Fəxri Xiyabanda, atamın qəbri isə Balaxanı qəbiristanlığındadır.

Mən bilirdim ki, bu məsələni deyəndən sonra, mənə inanmayacaqlar. Amma ətraflı araşdırsanız həqiqəti taparsınız.



Miri Məcidli


Teqlər:  





Xəbər lenti