Jurnalistlər qocaları ziyarət ediblər
Müxtəlif bayram hədiyyələri və ərzaq məhsulları ilə yaşlıların Ramazan bayramını təbrik edən jurnalistlər onlarla söhbət edib, qocalara övlad qayğısını yaşatmağa çalışıblar. Teleaparıcı-jurnalist Fərqanə Gülağaqızı qocalar, eləcə də uşaq evlərinə tez-tez getdiyini və hər dəfə kədərləndiyini bildirib və qeyd edib ki, qocalar evində məskunlaşan ana-atalar üçün nə qədər yaxşı şərait yaradılsa da, dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz.
O, vurğulayıb ki, ziyarətin əsas məqsədi qayğıya ehtiyacı olan insanların könüllərini şad edib, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır. Bilgəh qocalar evindəki şərait üçün teleaparıcı ölkənin birinci xanımı Mehriban Əliyeya dərin təşəkkürünü bildirib.
Teqlər: