47 gün əvvəl yoxa çıxan müdir meşədən tapıldı
Əyyub Cəfərovu itkin düşmüş sayıldığı 47 gün ərzində saqqal basıb. O, psixi xəstəyə çevrildiyindən başına gələnlər barədə sualları cavablandıra bilməyib. 53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı Salyan polisi də məşğul olurdu.
Qeyd edək ki, kənd sakinləri Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini demişdilər.
Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbəbdən keçirdiyi stress ucbatından hələ mart ayında onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yox idi. (virtualaz.org)
Teqlər: