Lənkəranda intihara cəhd

Lənkəranda intihara cəhd
  19 İyul 2015    Oxunub:3345
Lənkəranda 26 yaşlı oğlan intihara cəhd edib.
Rayonun Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Əli Bayramov intihar məqsədilə özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

Onların səyləri ilə adı çəkilən şəxs quyudan çıxarılaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil kimi qiymətləndirilir.

Ə. Bayramovun əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.


Teqlər:





Xəbər lenti