Aqşin Yenisey yumor saytının redaktoru oldu

Saytın yeni redaktoru, tanınmış şair-publisist Aqşin Yeniseydir. O, AzVision.az bildirib ki, saytdakı materialların demək olar, hamısı orijinal olacaq, Azərbaycan gündəmi üçün maraqlı mövzular yumor prizmasından oxuculara çatdırılacaq.
Aqşin Yenisey yumor üslubunda yazan müəlliflərlə əməkdaşlıq ediləcəyini də vurğulayıb.