Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az-a verilən məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında və əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin birinci yarımili ilə müqayisədə 119421 manat və ya 12,8 faiz çoxdur.
DƏMX tərəfindən işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılması üçün təsirli tədbirlər, habelə müvafiq mövzuda təbliğat-maarifləndirmə işləri cari ilin 6 ayında da davam etdirilib. Bu tədbirlərin növbəti müsbət nəticəsi kimi, hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.
AzVision.az