`Yazıdan sonra Leyla Əliyeva bizimlə əlaqə saxladı`
O, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyevanın ad günü münasibətilə AzVision.az-ın Talassemiya Mərkəzindən hazırladığı `Leyla xala gözəldir, saçları da uzundur` adlı reportajdan danışıb.
Direktor müavini qeyd edib ki, Leyla Əliyeva həmin yazını bəyənib və Mərkəzlə yenidən əlaqə saxlayıb:
- Həmin yazıdan sonra da Leyla xanım bizimlə əlaqə saxladı. O, talassemiya xəstəliyindən əziyyət çəkən insanların vəziyyətini soruşdu. Biz də ona bu barədə məlumatlar verdik. Leyla xanımın diqqət və qayığısını biz hər zaman hiss edirik. O, mərkəzimizdə müalicə alanlara qarşı çox səmimi və xoş münasibət göstərir.
Qeyd edək ki, AzVision.az 3 iyul tarixində- L. Əliyevanın ad günündə Respublika Talassemiya Mərkəzindən reoprtaj hazırlayıb. Mərkəz də müalicə alan 6 yaşlı balaca Minə də Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edib.
Hafiz Əhmədov
AzVision.az