Türkiyədə `Qarabağ hekayələri` təqdim edildi

Türkiyədə `Qarabağ hekayələri` təqdim edildi
  23 İyul 2015    Oxunub:3823
Türkiyənin Bayburt şəhərində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

BEKDER-in təşkilatçılığı ilə keçirilən təqdimat və imzalanma mərasiminə yüzlərlə insan, özəlliklə gənclər qatılıb. Bayburt valisi, Bayburt Universitetinin bir çox alimləri, o cümlədən Türk dünyasından bir çox insanlar da “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.

Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətlərilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, tədbirin keçirildiyi bu gün Ermənistanın Ağdam bölgəsini işğalından 22 il keçir və ağdamlılar hələ də öz evlərinə dönə bilmirlər. Ermənistanın Ağdamla azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbirstanlıqları dağıtmasından danışan millət vəkili Qənirə Paşayeva rəsmi İrəvan işğal etdiyi bütün Azərbaycan torpaqlarında bu cür vandalizm aktları törətdiyini bildirib.

Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb.


Teqlər:





Xəbər lenti