Arvadını döyən ərə cinayət işi açıldı

Arvadını döyən ərə cinayət işi açıldı
  24 İyul 2015    Oxunub:2110
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu paytaxtda döyülmə faktı ilə bağlı məlumat yayıblar.
AzVision.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti