Qəbələdə sel fəlakəti - VİDEO
Dağlardan gələn sel suları Tikanlı və Abrıx kəndinə gedən yolu sıradan çıxarıb. Nəticədə kəndin hər iki isdiqamətində hərəkət məhdudlaşıb. Kəndlə əlaqə kəsildiyindən sakinlər çayı piyada keçmək məcburiyyətində qalıblar. Hələlik iki kəndlə rayonu birləşdirən yol yararsiz vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bəzi yaşayış evlərinə, avtomobillərə, fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Kənd sakinləri Qəmərvan çayının üzərində olan körpünün tezliklə düzəlməyinə və iki kəndlə rayon mərkəzini birləşdirən yolun bərpa olunacağına ümid edirlər. (Region TV - Kanal S)
Teqlər: