`Oğlum üçün darıxıram...` - Mübarizin anası (VİDEO)
"Allah heç anaya bala dağı göstərməsin. Mübariz uşaqlığından o biri uşaqlardan seçilirdi. 22 yaşı var idi, amma o məni bir dəfə də heç incitmədi. Allah hər anaya Mübariz kimi oğul qismət eləsin. Uşağı lap uşaqlıqdan pula həvəskar böyütmək olmaz. Uşağı Vətənə sevgi ilə böyütmək lazımdır. Vətənpərvərlik hər insanın içində doğulur. Quyuya su tökməklə dolmaz. Mübarizlə fəxr edirəm, amma içim də yanır. Oğlum üçün çox darıxıram". (Atv.az)