Hər ofisdə rast gəlinən 10 qadın tipi

Hər ofisdə rast gəlinən 10 qadın tipi
  25 İyul 2015    Oxunub:5991
Demək olar, hər ofisdə rast gələ biləcəyimiz 10 qadın tipi var ki, onları əsasən aşağıdakı kimi sıralaya bilərik.

1. Hamıdan çox özünün işlədiyini iddia edənlər.
Sanki, hər zaman hamıdan çox çalışan odur, əksini söylədiyiniz andan etibarən isə gördüyü bütün işləri saymağa başlayacaq.

2. Dedi-qoduçular. Dedi-qodu edilməyən iş yeri yoxdur. Hətta 3 nəfər işçisi olan müəssisədə də dedi-qodu olur. Ona görə də bu cür qadınlar nəinki özlərini gizlətməyə ehtiyac duymur, hətta adamların gözünün içinə baxa-baxa bunu edirlər.

3. Tez-tez telefonla danışanlar. Bu qadınların əlindən telefon yerə düşmür. Yalnız müdiri gördükdə özlərini ələ alırlar.

4. Yaşadığı hər şeyi iş yoldaşlarına danışanlar. Bu cür qadınlar digər işçilər üçün çox dəhşətlidir və bütün günü susmadan hər şeyi danışmağı sevirlər.

5. Xəbərçilər. Demək olar ki, hər mühitdə bu cür qadınlar var və onların aşkarlanması çox çətin olur. O cür insanlar aşkarlandıqda isə işçilər onlardan qaçır və söhbət etməməyə çalışırlar.

6. Aradüzəldənlər. Əsasən orta yaşlı olan bu tip qadınlar yaraşdırdığı insanları bir-biriylə tanış etməyə çalışırlar.

7. Aldığı məvacibi bəyənməyənlər. Bu qadınlar daima işdən çıxmaq istəyirlər və aldıqları maaşdan şikayət edirlər.

8. Daima nəsə yeyənlər. Bu tip qadınlar həmişə ac olduqlarını və tezlikə pəhrizə başlayacaqlarını deyirlər.

9. Daim çalışan, bir dəqiqə boş dayanmağa səbr etməyən tiplər. Hər iş yerində mütləq belə işçi var.

10. Daima bər-bəzəkli olanlar. Bu tip qadınlar isə bir qayda olaraq işə makiyajsız gəlmir və aldıqları maaşın böyük bir hissəsini paltar və aksessuara xərcləyirlər.
(cazibe.info)


Teqlər:





Xəbər lenti