`Elə bilir sahibsizəm, başıma bu oyunu açır` - VİDEO+FOTOLAR

`Elə bilir sahibsizəm, başıma bu oyunu açır` - VİDEO+FOTOLAR
  30 İyul 2015    Oxunub:3434
AXCP fəalı Bəyim Həsənlinin atası, Həsənov İsrafil Soltan oğlunun adı sənəd saxtalaşdırılmasında hallanır. Belə ki, Həsənov İsrafilin qudası, Nəsimi rayon 41 saylı “JEK”-in keçmiş rəisi Əbülfət Abbasov, Bakı şəhər sakini, B.B.Məcidov küçəsi,73 ünvanında qeydiyyatda olan Babayeva Telli Əli qızının evini saxta imza ilə qudasına “satıb”. Hazırda 63 yaşlı qadın evsiz və sahibsiz küçələrdə gecələyir.

Bakı şəhər sakini, B.B.Məcidov küçəsi,73 ünvanında qeydiyyatda olan Babayeva Telli Əli qızı Femida.az-a müraciət yollayıb. Vətəndaşın iddialarına görə, ona məxsus mülk qeyri-qanuni yolla əlindən alınaraq, özü evdən çıxarılıb. Həmçinin o, Nəsimi rayon 41 saylı “JEK”-in keçmiş rəisi Əbülfət Abbasovun sənədləri saxtalaşdırması iddiasını da irəli sürüb. AzVision.az

- Mən Babayeva Telli Əli qızı 1952- ci ildə Sabirabadda anadan olmuşam. 1983- cü ildə Bakıya ərə gəlmişəm. İndi yaşadığım ev o zamanlar uçulub dağılmışdı. Atamın köməkliyilə uçulub dağılmış ərazini bərpa elədik. Orada yaşadıq. Bura yoldaşımın ata-baba yurdudur. 2004 - cü ildə yoldaşım rəhmətə getdi. O vaxta qədər bizi narahat edən olmamışdı. Bu mülkdə biz bir neçə qohum -ailə yaşayırdıq. 2009- cu ilə Nəsimi rayonu 41 nömrəli JEK –in müdiri Abbasov Əbülfət təyin edildi. Ondan sonra o, bizi narahat etməyə başladı. Harada boş yer varsa, oranı zəbt edirdi.



- Qeyd etdiyiniz şəxs sizi necə narahat edirdi?

- Bir dəfə məni çağırdi ki, səni məhkəməyə veriblər. Düzü, çaş-baş qaldım. Dedim ki, kim verib məni məhkəməyə? Dedi ki, Seyid Əzim Şirvaninin nəticəsidir. Onların burada mülkü olub. Adı da Seyidzadə Sevil Mustafa qızıdır. Ondan sonra məcburi şəkildə məhkəməyə getməli oldum. Amma Sevil adlı şəxs indiyə kimi məhkəməyə gəlməyib. Mən heç onun kim olduğunu bilmirəm. Bu mülkdə ümumiyyətlə elə bir insanlar nə yaşamayıb, nə də qeydiyyatları yoxdur.

Bütün bunların hamısının arxasında 41 nömrəli JEK-in keçmiş rəisi Abbasov Əbülfət dayanır. O, elə bilir ki, mənim sahibim yoxdur, köməksiz qadınam.Ona görə bu işlərə əl atır.Onun birinci belə əməli deyil.Məndən əvvəl evimizin qarşısında olan dükanlara göz dikmişdi. Deyirdi ki, oralar da onundu. Amma onlara gücü çatmadı. Məni tək qadın görüb başıma bu oyunu gətirdi.

2013- cü ildən mənim ayağım sınmışdı xəstəxanada idim. Evimə girib bütün əşyalarımı küçəyə tökdülər. Bunu eşidib poliklinikadan çıxıb evə gəlmək istəyəndə yıxıldım ayağım yenidən sındı. Vəkilin köməkliyi ilə gəldim evə, gördüm ki, bütün əşyalarım tökülüb küçəyə. Gördüm ki, evimi dağıdıblar, əşyalarımı tökülblər küçəyə polisə zəng elədim. Əraziyə gələn Nəsimi rayon, 21- ci polis bölməsinin əməkdaşı Tərlan sanki, heç nə olmayıb kimi laqeyd yanaşdı. Əbülfətlə Tərlan mənim yerimə saxta qol çəkiblər, guyə ki, mən əşyalarımı özüm təhvil götürmüşəm.



Sonradan bununla bağlı mən DİN-ə şikayət etdim. Oradan dedilər ki, iş yenidən araşdırılmalıdır. Amma tədqiqatçı Tərlan heç bir iş görmür. O , da Əbülfəzlə əlbir olub, başıma bu oyunu gətirir. Artıq 1 ildir ki, bu iş üzrə araşdırma aparılır. Sizin məhkəməyə müraciətinizin sonu nə oldu? Məhkəmə uzun çəkdi. İllərdir küçələrdə qalmışam. Burada sənədlər saxtalaşdırılıb. JEK-in iddiasına görə, həmin bu ərazi Balababa Məcidov küçəsi ev 71 ünvanıdır və Seyidzadə Sevil qızına məxsusdu. Ancaq rəsmi sənədlər sübut edir ki, belə bir ünvan yoxdur. Bununla bağlı həm 41 saylı Jekin, həm Nəsimi və Yasamal rayon İcra Hakimiyyətlərinin arayışları var ki, B.Məcidov küçəsi ev 71 ünvanı yoxdur. Həmçinin mülkün sahibəsi olduğu iddia edilən Sevilin belə bizim bu mülkdə heç bir vərəsəliyini, qeydiyyatını, yaşayışını təsdiq edən sənəd yoxdur.

- Siz özünüz Sevil adlı bir qadının olub-olmamağı haqqında heç maraqlanmısız? Kimdir bu qadın?

- Bəli, məhkəmə prosesinə gəlmədiyinə görə məndə şübhə yarandı. Dedim, görüm bu kimdir. Məlum oldu ki, həmin qadın Zərifə Əliyeva küçəsi 26 saylı evin, 94 saylı mənzilində qeydiyyatdadır. Özü də məktəblərin birində ingilis dili müəlliməsi işləyir. Onunla görüşə getdim. Ona sual verdim ki, sizin həmin ərazidə eviniz, mülkünüz olubmu? O, heç bilmədi ki, söhbət hansı ünvandan gedir. Mənə çox acıqlı şəkildə cavab verdi və çıxıb getdi.Ondan sonra onu görməmişəm. Sonra eşitdim ki, həmin qadın fırıldaqçıdır. Maklerlərlə əlbir işləyir.

- Bu gün siz harada yaşayırsız? Necə dolanırsız?

- Evimi dağıdıblar.Ona görə bacımgildə qalıram.Burada yaşamağa yer yoxdur. Qızım da ailəlidir.Qaynanası ilə yaşayır. Gözləyirəm görək bu işin axırı necə olacaq.Bu qədər saxtakarlıq olmaz. Mən bütün ictimaiyyətdən, mətbuatdan və ən əsası Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu qanunsuz işlərlə məşğul olan 41 saylı “JEK”-in keçmiş rəisi Abbasov Əbülfət haqqında tədbir görsünlər.



Qeyd edək ki, mübahisəli ev JEK-in rəisi Əbülfət Abbasov tərəfindən ilkin mərhələdə qudası Həsənov İsrafil Soltan oğluna “satılıb”. Həsənov İsrafil AXCP fəalı Bəyim Həsənlinin atasıdır. Həsənov İsrafil AXCP fəalı Bəyim Həsənlinin atasıdır.

Bakı şəhəri, B.Məcidov küçəsi, 73 ünvanında yaşayan Babayeva Telli Əli qızının Baş Prokuror Zakir Qaralova yazdığı ərizədə deyilir ki, Nəsimi rayon, 41 saylı MKİS-in sədri olmuş Abbasov Əbülfət Əsgər oğlu tərəfindən verilmiş saxta arayışa əsasən ona miras qalmış ev əlindən alınır.

“41 saylı MKİS-in keçmiş rəisi Abbasov Əbülfət Əsgər oğlunun həmin qanunsuz arayışları verməkdə məqsədi mənim mülkiyyətimi ələ keçirmək olub. Belə olmasaydı, Abbasov Əbülfət mülkiyyətimi faktiki olaraq ələ keçirdikdən sonra formal olaraq 2014-cü ildə mənzili qudası Həsənov İsrafil Soltan oğluna “satmazdı”,- deyə ərizədə vurğulanır.

Telli Babayeva ərizəsində daha sonra iddia edir ki, “Abbasov Əbülfət əvvəlcədən cinayətkar dəstə yaratmaqla, məni mülkiyyət hüququmdan məhrum edib. O, tamah məqsədi ilə olan cinayətə o, qudası Həsənov İsrafil Soltan oğlu (qeydiyyat ünvanı: Xırdalan şəhəri, Abşeron, ev 22, mənzil 28) və Sevil Seyidzadəni də (qeydiyyat ünvanı: Bakı şəhəri, Z.Əliyeva küçəsi, ev 26, mənzil 94) cəlb edib”.

Femida.az




Teqlər:





Xəbər lenti