Keçmiş arvadının başını kəsdi
Dünən axşam saatlarında keçmiş qayınanasının evinə gələn E.Rüstəmov burada 23 yaşlı Gülərlə mübahisə edib və daha sonra onun başını kəsib. Hadisədən sonra E.Rüstəmov 1 yaşlı övladını götürərək uzaqlaşıb.
E.Rüstəmov polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o bildirib ki, keçmiş həyat yoldaşı haqqında xoşagəlməz sözlər eşitdiyinə görə bu əməli törədib.
Qeyd edək ki, E.Rüstəmovla G.Mütəllimova bir müddət əvvəl rəsmən boşanıb. Bundan sonra E.Rüstəmov yenidən ailə həyatı qurub. G.Mütəllimovaya gəlincə, o, anası ilə tək yaşayırmış. 23 yaşlı qızın atası xeyli əvvəl vəfat edibmiş.
Teqlər: