“Təmiz hava” aylığına start verilib
AzVision.az xəbər verir ki, bu gündən start verilən tədbirin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.
“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlamalar aparacaqlar.
Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunarsa bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görüləcək.
Eyni zamanda “Təmiz hava” aylığı tədbirləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.
AzVision.az
Teqlər: