Azərbaycanda 6 nəfər ölümdən xilas edildi

Azərbaycanda 6 nəfər ölümdən xilas edildi
  02 Avqust 2015    Oxunub:2499
Ötən gün ərzində Azərbaycanda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər, Səbail rayonunda (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Abşeron rayonunda (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər, Xaçmaz rayonunda dənizdə 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.


Teqlər:





Xəbər lenti