Oğuzda ər hamilə arvadını bıçaqladı - ata oldu
Oğuz RMX-dan verilən məlumata görə, bədənin sol qasıq nahiyəsindən daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. Röyalə Atakişiyevanın yarası üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra isə Röyalə Atakişiyevada doğuş sancıları baş qaldırıb. Vəziyyət nəzərə alınaraq Röyalə Atakişiyeva Şəki RMX-nın doğum şöbəsinə göndərilib.
Şəki RMX-nın doğum şöbəsinin növbətçi həkimi Nəzakət Hacıyevanın verdiyi məlumata görə, Röyalə Atakişiyeva avqustun 1-i axşam saat 22 radələrində Şəki RMX-nın doğum şöbəsinə daxil olub. Röyalə Atakişiyeva doğum şöbəsinə daxil olduqdan bir saat sonra təbi yolla 36 həftəlik, çəkisi 2 kq 600 qram olan oğlan uşağı dünyaya gətirib. Doğuş zamanı Röyalə Atakişiyevanın sol qasıq nahiyəsindən aldığı bıçaq yarasında heç bir qanaxma baş verməyib, doğuş normal keçib.
Hadisəni törədən Teyub Atakişiyev isə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. (Apa)