`Veysəloğlu` jurnalistləri səfərə apardı

`Veysəloğlu` jurnalistləri səfərə apardı
  03 Avqust 2015    Oxunub:5408
“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil edib.

Səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin uğur yolunu əks etdirən Tanıtım filmi göstərilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak edib, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, tmiş onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.

Səfərdə iştirak edən jurnalist heyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.


Teqlər:  





Xəbər lenti