Gənc Jurnalistlərin İnternet Təhlükəsizliyi Forumu başa çatdı
Üç günlük Forumun icrasında layihənin koordinatoru, tanınmış telejurnalist Anar Yusifoğlu, Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, 7News.az saytının həmtəsisçisi Tural Əhmədov və digər QHT və Media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyətinin rəsmisi Həsən Məmmədov açaraq layihənin əhəmiyyətindən danışdı. İnformasiya təhlükəsizliyinin təminatında müasir medianın mühür rol oynadığını deyən H.Məmmədov bu işdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək problemin aktuallığından danışıb: “Ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyəcan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir”.
Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov bildirib ki, internet və informasiya təhlükəsizliyinin hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir: `Biz olduqca diqqətli olmalı və milli maraqların müdafiəsini əsas meyar kimi qəbul etməliyik`. Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırılıb.
Teqlər: