Azərbaycanlı aşpaza ABŞ-da yüksək vəzifə verildi

Azərbaycanlı aşpaza ABŞ-da yüksək vəzifə verildi
  08 Avqust 2015    Oxunub:58256
Azərbaycanlı kulinara ABŞ-ın məşhur səyahət gəmisində yüksək vəzifə verilib.

AzVision.az xəbər verir ki, bu şəxs kulinar Hümbətov Emil Səyyad oğludur. O, ilk kulinar fəaliyyətinə 1995-ci ildə Hyatt Regency Baku otelində başlayıb. Qısa müddətdə xüsusi qabiliyyətinə görə chef de partie- qrup şefi vəzifəsinə yüksəlib. Sonra Hyatt Regency İstanbul otelində mətbəx təlimlərində yaxından iştirak edib, təlimləri uğurla başa vurduqdan sonra isə Oman Krallığında mətbəx təlimçisi olub.

Bunların ardınca bir müddət Grand Hyatt Dubai otelində Head Chef- baş aşpaz vəzifəsində çalışıb. Daha sonra Azərbaycana qayıdaraq The Land Mark Hotel Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Fairmont Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Four Seasons Hotel Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Holiday İnn Baku otelndə isə Culinary Director mətbəx direktoru vəzifələrində çalışıb.



Kulinarımız bütün bunlarla yanaşı yeni bir uğura imza atıb. Emil Hümbətov Azərbaycan turizm və mətbəx tarixində ilk dəfə olaraq ABŞ-ın dünyaca məşhur Carnival Cruise Liner şirkətinin, Carnival Dream səyahət gəmisinə Executive Culinary Chef- idarəçi mətbəx şefi vəzifəsinə təyin olunub. Kulinar saytımıza bildirib ki, Azərbaycan turizmini və mətbəxini dünyada layiqincə tanıdacaq.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, `Carnival Dream` gəmisi kruiz şirkətinin ən böyük gəmisidir. 2008-ci ildə suya buraxılıb. `Carnival Dream` gəmisinin uzunluğu 306 metr, enliliyi, 37 metrdir. Gəminin 15 göyərtəsi var. Gəmi saatda 41,7 kilometrlə hərəkət edə bilər. `Carnival Dream` gəmisində eyni vaxtda 3652 nəfər səyahət edə bilər. Gəmi heyətinin sayı isə 1362 nəfərdir. Gəmi Panamada qeydiyyatdan keçib. `Carnival Dream` gəmisinin qiyməti 741 milyon dollardır. Gəmi İtaliyanın ` Fincantieri` şirkəti tərəfindən hazırlanıb. Bu İtaliyada indiyə qədər hazırlanan ən böyük gəmidir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti