Ata qəza etdi: 7 yaşlı qızı öldü
Müxtəlif bədən xəsarəti almış Qəhrəman Canayev və avtomobildə olan sərnişinlər, onun yaxın qohumları -1988-ci il təvəllüdlü Şərqiyə Zakir qızı Balayeva və 1956-cı il təvəllüdlü Nazxanım Məhəmməd qızı Aydəmirova MRX-a aparılıblar.
MRX-dan verilən məlumata görə, Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.(APA)