Borcunu istədi güllələndi

Borcunu istədi güllələndi
  11 Avqust 2015    Oxunub:2375
Azərbaycanda borc üstündə mübahisə güllələnmə ilə nəticələnib.
Hadisə Ağcabədi rayonunda baş verib. Belə ki, 1942-ci il təvəllüdlü İdris Əhmədov 1971-ci il təvəllüdlü Əli Əliyev tərəfindən güllələnib. Güllələnən İ.Əhmədov hadisəni törədən Ə.Əliyevə borca pul veribmiş. Lakin pulunu vaxtında geri ala bilməyən İ.Əhmədovla Ə.Əliyev arasında mübahisə yaranıb. Mübahisə cinayətlə nəticələnib.

Qeyd edək ki, hadisəni törədən Əli Əliyev polislər tərəfindən saxlanılıb və ondan hadisədə istifadə etdiyi “TOZ” markalı tüfəng götürülüb.(Report)


Teqlər:





Xəbər lenti