Ağdamda faciə - iki uşaq sandıqda boğularaq ölüb

Ağdamda faciə - iki uşaq sandıqda boğularaq ölüb
  14 Avqust 2015    Oxunub:4397
Ağdamda bir ailənin iki uşağı faciəvi şəkildə ölüb.
Rayonun Təzəkənd köçkün qəsəbəsində məskunlaşan Xanəli Abbasovun iki övladı - 8 yaşlı Bahar və 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər.

Üstündə ağır yük olan sandığı açıb çıxa bilməyən uşaqlar havasızlıqdan boğulublar. B. Abbasova elə sandığın içində dünyasını dəyişib.

Onun qardaşı isə xəstəxanaya aparılarkən yolda keçinib. (Apa)


Teqlər:





Xəbər lenti