Gənclər üçün yay düşərgəsi keçirilir
Düşərgə 2015-ci ilin avqustun 19-dan 23-dək Xaçmaz rayonun Nabran qəsəbəsində keçiriləcək. Düşərgədə iştirak edənlərin yol, qalmaq, yemək xərcləri təşkilat tərəfindən ödəniləcək.
Düşərgədə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcək. İştirak emək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə
2. Yetkinlik yaşına çatmayanlara valideynlərin razılığı (müsahibədən uğurla keçənlər üçün, yazılı şəkildə)
3. Anket
4. Tibb anketi
Qeyd: (Anket və Tibbi anketi [email protected] elektron ünvanına müraciət etməklə əldə etmək olar)
Düşərgədə asudə vaxtının səmərəli təşkil edilməsi ilə bağlı müxtəlif təlimatlar keçiriləcək.
Düşərgədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 18.08.2015-cü il tarixinədək müraciət edə bilərlər.
Müsabiqədə 14-29 yaş arası gənclər iştirak edə bilərlər.
Əlavə məlumat almaq istəyənlər 051-707-84-01 nömrəli telefon zəng edə bilərlərlər.
İştirakçıların sayı məhduddur.