İndoneziya səfiri `Cücələrim` i çaldı – VİDEO (Eksklüziv)
AzVision.az xəbər verir ki, qonaqlara sürpriz etmək istəyən səfir, diplomatik nümayəndəliyin işçiləri və Asiya İnkişaf Bankının Bakı ofisin rəhbəri, indoneziyalı Olli Norocono ilə birlikdə İndoneziyanın milli musiqi aləti olan anqlukda Azərbaycanın məşhur "Cücələrim" mahnısını ifa ediblər.
Bu ifa qonaqların gurultulu alqışları ilə müşaiyət olunub.
Şamil Əlibəyli
AzVision.az üçün