Şəmkirdə amansız qətl: ögey oğlunu öldürdü - VİDEO
İrmaşlı kənd sakini 32 yaşlı Fariz Mirzəyev qeyri rəsmi nikahda yaşadığı 25 yaşlı Bahar Hüseynovanın 3 yaşlı oğlu Nihata müxtəlif xəsarətlər yetirməklə onu qətlə yetirib. Sonra isə uşağın yaxınlarını aldadaraq meyidi yaşadığı İrmaşlı kənd qəbiristanlığında basdırıb. Məlumatla əlaqədar meyit basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təqdim olunub və fakt təsdiqini tapıb.
Rəcəb Hacıyev-Şəmkir rayon Prokurorluğunun müstəntiqi: “Yaxınları Nihatın qıc olmadan öldüyünü bildirərək növbəti günü meyidi qəbristanlığa basdırıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır”.
Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb. Onun cinayəti hansı zəmində törətdiyi istintaqın yekununda məlum olacaq.
Teqlər: