`İki mindən çox hərbçimiz öldürülüb` - Prezident

`İki mindən çox hərbçimiz öldürülüb` - Prezident
  24 Avqust 2015    Oxunub:2815
Donbas vilayətində aparılan anti-terror əməliyyatları zamanı təxminən 2100 Ukrayna hərbçisi həlak olub.
AzVision.az `UNN`-a istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko Ukraynanın müstəqilliyinin 24 illiyi ilə əlaqədar keçirilən mərasimdə bildirib.

``Müstəqillik Günü` İlovaysk ətrafındakı dəhşətli faciənin ildönümü ilə üst-üstə düşür. Bu faciə məhz Rusiya qoşunlarının Ukrayna ərazisinə birbaşa müdaxiləsinin nəticəsi idi. Düz bir il vaxt keçib, amma bu yara sağalmayıb, ağrı keçməyib. Ümumən isə qonşu dövlətin təcavüzü təxminən 2100 döyüşçümüzün həyatına son qoyub`, - deyə Poroşenko bildirib.

Prezident növbəti dəfə Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edib. Ukrayna prezidenti ailəsi ilə birlikdə Müstəqillik günü ilə əlaqədar dua da edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti