Kim Kardaşyanın `İnstagram`da yeni Rekordu

Kim Kardaşyanın `İnstagram`da  yeni Rekordu
  25 Avqust 2015    Oxunub:3948
Amerikalı model Kim Kardaşyan `İnstagram` sosial şəbəkəsində ən populyar bloqçu olub.
AzVision.az `The Daily Miror`-a istinadən xəbər verir ki, o reytinqdə populyar müğənni Beyonsu üstələyib.

Hazırda Kardaşyanın səhifəsini 44,1 milyon nəfər, Beyonsu isə təxminən 44 milyon izləyir.

Məlumatda qeyd olunur ki, Kardaşyan avqustun əvvəlində çılpaq `selfie` paylaşdıqdan sonra onun izləyicilərinin sayı sürətlə artmağa başlayıb. Məşhur `selfie`yə qədər onun izləyicilərinin sayı 42 milyon olub. Kardaşyanın şəkilləri orta hesabla 500 min – 1 milyon arasında `like` toplayır.

`İnstagram` sosial şəbəkəsində ən populyar bloqçular siyahısında müğənni Teylor Svift, aktrisa Selena Qomes, müğənni Castin Biber və Kardaşyan ailəsinin üç üzvü – Kendall Cenner, Kayli Cenner və Hloya Kardaşyanın adı var.
Bu arada `İnstagram`-da ən populyar səhifə sosial şəbəkənin öz rəsmi səhifəsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti