İşə düzəltmək adı ilə vətəndaşa kreditini ödətdi - FOTOFAKT
Onun sözlərinə görə, internet səhifəsindən iş elanları arasından tapdığı “Grand in Park” şirkəti ilə əlaqə saxlayıb. ”Şirkət” nümayəndəsi iş axtaran vətəndaşla “vatsapp” vasitəsi ilə yazışıb və işə qəbul olunmaları üçün `milli ön` terminalı vasitəsi ilə “Standart Bank” hesabına 20 manat ödəməsini və səhəri gün ofisə yaxınlaşmasını deyir.
Qeyd olunan koda ödəniş edildikdən sonra vətəndaşın zənglərinə cavab verən olmur. Femida.az vətəndaşı aldadan bu şəxsin kimliyi barədə araşdırma aparıb.Məlum olub ki, vətəndaşı aldadan şəxs heç də şirkət nümayəndəsi deyil.Vətəndaşlara ödəniş üçün təqdim olunan hesab nömrəsi onun adına olan Standart bankda olan kreditin ödəniş nömrəsidir.
Müraciətdə qeyd olunan 457933 nömrəli PİN kodu terminalda daxil edərkən onun Bəbirov Cəmil adlı vətəndaşa aid olduğu görünür. Femida.az məsələ ilə bağlı Standart Bankla da əlaqə saxlayıb.Hazırda bununla bağlı bankda araşdırma aparılır. Zərəçəkmiş vətəndaş bununla bağlı polisə müraciət edəcəyini deyib. Femida.az fırıldaqçı şirkət nümayəndəsinin vətəndaşla yazışmasını təqdim edir.
Teqlər: