`O, gözəl bir qız kimi yadımda qalıb` - Birinci xanımın müəlliməsi

`O, gözəl bir qız kimi yadımda qalıb` - Birinci xanımın müəlliməsi
  26 Avqust 2015    Oxunub:14176
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

AzVision.az bu münasibətlə ölkənin birinci xanımına 23 saylı orta məktəbdə Azərbaycan dili fənnini öyrədən müəllimə Zemfira Əliyeva ilə həmsöhbət olub.

- Mən Mehriban xanıma dərs deyən müəllimlərdən biri olmuşam. İndi şagirdlər mənə tez-tez suallar verirlər ki, Mehriban xanım necə şagird olub, dərslərinə necə hazırlaşaradı? Mənim onlara cavabım isə belə olur: Mehriban çox yaxşı şagird olub, ona görə də məktəbi qızıl medalla bitirib. O, çox tərbiyəli və böyüyün-kiçiyin yerini bilən bir şagird idi. Başqa cür ola da bilmədi. Çünki ona tərbiyə verən qadın Aida xanım idi.

Mehriban xanım bu yaxınlarda məktəbimizin açılış mərasiminə gəlmişdi. Həmin vaxt onunla görüş keçirildi. Hamı sevinclə həmin görüşə gəlmişdi. Mehriban müəllimləri ilə söhbət edən zaman ona dedim ki, kaş, Aida xanım bu gününüzü görərdi. Siz bütün işlərin öhdəsindən gəlirsiniz. Çox qabiliyyəti və bacarıqlısınız. Hamıya öz kömək əlinizi uzadırsınız. Kaş bunu ananız da görərdi. Mehriban isə bir az fikrə getdi və mənə belə cavab verdi: `Müəllimə, yaralı yerimə toxunmayın`.

Orta məktəbdə oxuyan zamandan o, gözəl bir qız kimi yadımda qalıb. Uzun və gözəl kirpikləri var idi. Mehriban həmişə “müəllim” sözünə dəyər verib. Mənə göstərdiyi diqqətinə görə ona çox minnətdaram. O, həmişə mənim üçün şagirdim Mehriban olaraq qalacaq. Mehribanın yaddaşı çox güclü idi. Bütün fənnləri yaxşı oxuyurdu. O, birinci partada oturmurdu. Orta cərgədə otururdu. Sinif yoldaşları ilə də münasibəti çox yaxşı idi.



Azərbaycan dili fənnini çox yaxşı oxuyurdu. Mənə ünvanladığı bütün suallarından vətənpərvəlik hissləri duyulurdu. Hiss edirdim ki, Mehriban gələcəkdə də öz Vətəni üçün çalışan bır insan olacaq. Necə ki, oldu da!

Mehriban xanımdan sonra onun bacısı Nərgiz xanımın qızı Aida də mənim sinifmdə oxuyurdu. Dərsdə həmişə çaşırdım, Aidaya deyirdim ki, Mehriban, çıx lövhəyə. O isə deyirdi ki, `Mən Aidayam, Zemfira müəllimə`.

Bu gün Mehribanın anadan olan günüdür. Ona uzun ömür, can sağlığı arzu edirəm. Allah o ailənin hər zaman köməyi olsun.

Hafiz Əhmədov
Foto: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti