Prezidenti 7 saat gözlədilər, 3 nəfər istidən öldü

Prezidenti 7 saat gözlədilər, 3 nəfər istidən öldü
  27 Avqust 2015    Oxunub:2789
Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədovun gəlişini gözləyən üç nəfər dünyasını dəyişib.

Bu barədə AzVision.az`Regnuma`-a istinadən xəbər verir.

7 saat ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovu iştirak edəcəyi təntənəli mərasimin başlayacağı Kopetdaq (Aşqabad) stadionda gözləyən 14 nəfər günvurmadan xəstəxanaya yerləşdirilib.

Aralarında biri uşaq olmaqla isə üç nəfər ölüb. Ümumilikdə 50 nəfər huşunu itirib. Huşunu itirən şəxslər hadisə yerində yardım göstərilib.

Həmin gün havanın temperaturunun 40 dərəcədən yüksək olduğu bildirilir. İnsanlar stadionun açılışı üçün səhər saat 5-dən stadiona gəlməyə başlayıb, Berdiməhəmmədov isə saat 11:45-də həmin əraziyə gəlib. Prezidentin gəlişinə qədər isə uşaqdan-böyüyə qədər hər kəs onu aya üstə gözləyib. Məlumata görə, onlara su içmək, yemək yemək və tualetə getməyə icazə verilməyib.

Daha sonra məlum olub ki, prezident mərasimə qatılmazdan öncə qərarını dəyişərək digər obyektlərə baş çəkib.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti