Adı Mübariz idi... - Müharibə qeydləri

Adı Mübariz idi... - Müharibə qeydləri
  27 Avqust 2015    Oxunub:2062
Nicat Sadıqlı

Adı Mübariz idi... Amma mübariz ola bilmədi. Daha doğrusu qoymadılar.


Axırıncı dəfə onunla ağır əməliyyatların səngidiyi, arabir mövqe döyüşlərinin getdiyi, ölüm-itimin azaldığı vaxt rastlaşdıq. Üzülmüşdü. Elə bil Qarabağ müharibəsinin bütün yükü onun üstündən keçmişdi.

Sir-sifətini saqqal basmışdı. Arıqlamışdı, üzündə qəzəb dolu bir yazıqlıq vardı. Sanki nəsə demək istəyirdi. Amma heç nə demədi, hətta salamımı almadı. Bir anlığa üzümə baxıb sürətlə uzaqlaşdı. Orta məktəbdə gördüyüm yaraşıqlı, ucaboy adamdan əsər-əlamət qalmamışdı.

İmtahan hazırlığı, ardınca müharibə, səngər, blindaj, döyüşlər... Hərənin başı bir yerdə qarışmışdı. Ona görə çoxdandı barəsində heç nə bilmədiyimdən, bəlkə, müharibədə kontuziya alıb, deyə düşündüm.

Əslində o da digər sinif yoldaşları kimi müharibədə olmalı idi. Amma Mübariz müharibəyə getməmişdi. Daha doğrusu qoymamışdılar. İynə vurmuşdular ki, “neqodnı” olsun. Həkim söz veribmiş ki, düşdüyü vəziyyət müvəqqəti olacaq. Amma alınmamışdı. Mübariz ağlını itirmişdi.

Amma heç kim ona dəli Mübariz demədi. Ölənə qədər. Mübariz öləndə hələ mövqe döyüşləri gedirdi.



Teqlər:





Xəbər lenti