Gürcüstanda NATO təlim mərkəzi açıldı

Gürcüstanda NATO təlim mərkəzi açıldı
  27 Avqust 2015    Oxunub:1484
NATO baş katibi Yens Stoltenberq və Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Gürcüstanda yerləşən NATO təlim-tədris mərkəzinin açılış mərasimində iştirak ediblər.
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.

Açılış mərasimi Tbilisi yaxınlığında yerləşən `Krçanisi`milli təlim mərkəzi yaxınlığında baş tutub. Mərasimdə Gürcüstan Silahlı qüvvələrinin Ali Baş komandanı, prezident Georgi Marqvelaşvili, parlament deputatları, NATO və gürcü hərbçilər iştirak edib.
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər:





Xəbər lenti