Bakı-Gəncə avtobusunda qanlı olay
Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.
Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qurupu tərəfindən gecə saatlarında rayon ərazisində tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb (“Report”).
Teqlər: