Məşhur müğənnidən Azərbaycana növbəti hörmətsizlik

Məşhur müğənnidən Azərbaycana növbəti hörmətsizlik
  28 Avqust 2015    Oxunub:4890
Dünya şöhrətli opera müğənnisi Lyubov Kazarnovskayanın və onun “Səs və skripka” akademiyasının gənc vokalçılarının “Musiqili sürprizlər” adlı konserti avqustun 29-da “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı” – Stepanakert (Xankəndi) keçiriləcək.

Bu barədə “DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.


AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, konsertin xüsusi qonağı Nikola Uliveri (bas) olacaq. Konsert zamanı pianoçu Anna Krivtsova və skripkaçı Aleksandr Bronveyber təmin edəcək.

Layihənin sponsoru Qayk Maqakelyanın xeyriyyə fondudur.

Xatırladaq ki, Lyubov Kazarnovskaya Azərbaycanın Xarici İşlər Nazirliyinin tərtib etdiyi “arzuolunmaz şəxslər” siyahısındadır. Lyubov Kazanovskaya iyulun ikisində də Qarabağa səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti