Sinan Oğan MHP-ni məhkəməyə verir

Sinan Oğan MHP-ni məhkəməyə verir
  28 Avqust 2015    Oxunub:2161
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan keçmiş millət vəkili Sinan Oğan partiyanı məhkəməyə verir. Bu barədə AzVision.az- Türkiyə KİV-lərinə istinadən xəbər verir.

S. Oğan ümid edir ki, məhkəmənin qərarı ilə yenidən MHP-yə qayıda biləcək. O qeyd edib ki, 2014-cü ildən bu yana MHP sədri Dövlət Baxçalı ilə arasında problemlər yaşanır.

Qeyd edək ki, Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan keçmiş millət vəkili Sinan Oğan partiyadan xaric edilib. Qərar MHP İntizam Komitəsinin iclasında səs çoxluğu ilə qəbul olunub.

Beynəlxalq Əlaqələr və Strateji Analitika Mərkəzinin (TÜRKSAM) rəhbəri olan Sinan Oğan 12 iyun, 2011-ci il seçkilərində MHP-dən İğdır millət vəkili seçilmişdi. Əslən azərbaycanlıdır. O, partiya daxilində müxalif mövqeyi ilə fərqlənib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti