Rusiyada azərbaycanlılar arasında dava: Ölən və Yaralılar var

Rusiyada azərbaycanlılar arasında dava: Ölən və Yaralılar var
  29 Avqust 2015    Oxunub:15502
Sankt-Peterburqda Apraksin dvor bazarında azərbaycanlılar arasında dava olub.
Bu barədə AzVision.az `Rosbalt`a- istinadən xəbər verir ki, dava zamanı bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.

Məlumata görə, münaqişə bazara gələn müştərilər azərbaycanlılar arasında başlayıb, daha sonra isə insident iştirakçıları bıçağa əl atıb.

Təhdidlərdən sonra münaqişə tərəflərindən biri rəqibinin sinəsindən bıçaq ilə vurub.
Aldığı zərbədən yerə yıxılan kişi, rəqibinə bıçaq yarası vura bilib.

Hadisə zamanı hər iki iştirakçı xəsarət alıb, onlardan biri təcili tibbi yardım maşınında keçinib, digəri isə xəstəxanaya çatdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti