Bu gün hava necə olacaq?
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22˚, gündüz 26-30˚, Bakıda gecə 20-22˚, gündüz 28-30˚ isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24˚, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25˚, Türkan, Hövsan, Şıx, Sahildə 25-26˚ isti olacaq.
Avqustun 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 27-32˚, dağlarda gecə 8-13˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.