Məşhur dindar Azərbaycana gəlir

Məşhur dindar Azərbaycana gəlir
  30 Avqust 2015    Oxunub:2218
İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfər edəcək.
Ayətullahın dəftərxanasından verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə avqustun 31-dən sentyabrın 4-dək davam edəcək səfər çərçivəsində Bakı, Şamaxı və Gəncə şərlərinin din xadimləri ilə görülər keçiriləcək. Bundan başqa, Ayətullah Hüseyn Nuri Həmədani Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər və Bibi-Heybət məscidlərində olacaq, Təzəpir məscidində isə namaz qılacaq.

Səfər çərçivəsində, həmçinin Şamaxı Cümə məscidinin, Gəncədə Nizaminin məqbərəsinin və Şah Abbas İmamzadə Kompleksinin ziyarət ediləcəyi də nəzərdə tutulub. (Azərtac)


Teqlər:





Xəbər lenti