Lavrov raftinq sürərkən - VİDEO

Lavrov raftinq sürərkən - VİDEO
  31 Avqust 2015    Oxunub:2106
Rusiyanın xarici işlər naziri Sergey Lavrov raftinq sürərkən kameralara tuş gəlib.
AzVision.az xəbər verir ki, raftinq həvəskarı olab XİN rəhbəri Nijni-Novqorodda Peretna çayında raftiq qayığının başına keçib.

Lavrovun daxil olduğu 8 nəfərlik qrup, 600 metrlik maneələri 7 dəqiqə ərzində keçib.

Qeyd edək ki, Sergey Lavrov 2007-2009-cu illərdə Rusiya Raftinq Federasiyasının rəhbəri olub. Lavrov Finlandiya səfəri zamanı raftinqi diplomatiyaya bənzətmişdi: “Həm diplomatiyada, həm də raftinqdə uğur əldə etmək üçün hər kəs bir-biri ilə birlikdə kürək çəkməli və yaxşı kordinasiya olunmuş bir qrupla işləməlidir. Biri eqoist davranıb partnyorunu gözləməzsə, qayıq tərs dönər”.



Gültəkin


Teqlər:





Xəbər lenti