Lavrovdan sonra daha bir nazir Azərbaycana gəlir

Lavrovdan sonra daha bir nazir Azərbaycana gəlir
  02 Sentyabr 2015    Oxunub:3220
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
AzVision.az Ruisiya XİN-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov prezident İlham Əliyevlə görüşü zamanı bildirib.

Lavrov bildirib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti önəmlidir.

Nazirin sözlərinə görə, bu yaxınlarda Rusiya sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfər edəcəyi gözlənilir.

Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul olunmuş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti