Ermənilər Şuşada universitet açır

Ermənilər Şuşada universitet açır
  02 Sentyabr 2015    Oxunub:2534
Bu gün Azərbaycanın işğal altında olan torpaqlarında – Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçiriləcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma `Dağlıq Qarabağ Respublikası` prezidentinin mətbuat katibi David Babayan bildirib.

Babayanın sözlərinə görə, bu filial böyük bir kompleks olacaq: `Bu həm Dağlıq Qarabağın təhsil sistemi, həm də Şuşa şəhərinin inkişafı üçün əlamətdar hadisədir`.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan torpaqları – qondarma “Dağlıq Qarabağ Respublikası`nda səfərdədir.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sarkisyan 1-2 sentyabr tarixlərində qondarma `Respublika`nıən 24 illiyi əlaqədar tədbirlərə qatılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti