Tanınmış klarnet ifaçısı özünü asdı

Tanınmış klarnet ifaçısı özünü asdı
  02 Sentyabr 2015    Oxunub:3478
30 yaşlı şəhər sakini özünü asaraq öldürüb.
AzVision.az xəbər verir ki, Şəki Rayon Prokurorluğundan Anspress-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Seymur Tahir oğlu Qədirbəyli yaşadığı evdə özünü asıb. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar.

Onun özünü hansı səbəbdən öldürülməsi hələlik məlum deyil.

Seymur Qədirbəyli Şəkidə tanınmış klarnet ifaçısı olub və toylarda iştirak edirmiş, ailəli olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma ) ilə cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti