Türkiyədə dəhşətli qəza: 22 yaralı

Türkiyədə dəhşətli qəza: 22 yaralı
  03 Sentyabr 2015    Oxunub:1941
Türkiyənin cənub-şərqində, Erzurum vilayətində sərnişin avtobusu aşıb.
AzVisionaz Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər yaralanıb.

Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVisionaz


Teqlər:





Xəbər lenti