Kaspşik qondarma `prezident`lə görüşdü
Tərəflər görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyəti müzakirə edib.
Qeyd edək ki, ötən gün Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək “Şant-2015” təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib.
Eldar Tanrıverdiyev
AzVision.az