8 Suriya ermənisi Qarabağda yerləşdirilib – Təxribat

8 Suriya ermənisi Qarabağda yerləşdirilib – Təxribat
  03 Sentyabr 2015    Oxunub:2090
Suriyadan qaçan ermənilərin Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi davam edir.

Xəbər verildiyi kimi, düşmən ölkəyə Suriyadan qaçan ermənilər bir qayda olaraq Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilir.

AzVision.az erməni mətbuatına istinadən bildirir ki, Suriyanın Kobani şəhərindən İŞİD hücumlarından qaçan daha iki erməni ailəsi Qarabağda yerləşdirilib.

Məlumata görə, əvvəlcə 3 erməni ailəsi Türkiyəyə qaçıb. Sonra ailələrdən ikisi,Tovmasian qardaşlarının ailələri Ermənistana getmək istədiklərini bildiriblər.

Onları İrəvanın Zvartnots hava limanında uzaq qohumları, media nümayəndələri və Erməni Diasporası Nazirliyinin əməkdaşları qarşılayıb.

Ermənistanın Diaspora Nazirliyinin apart rəhbəri Firdus Zakaryan mətbuata verdiyi müsahibədə deyib ki, sözügedən səkkiz qaçqın hələlik müvəqqəti yaşayış yeri ilə təmin olunub. 2 həftə ərzində onlara Ermənistan Missiyası qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycanın işğal olunmuş Qarabağ və ya ətraf rayonların birində ev verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ermənilərin köçürmə kampaniyası ilə bağlı hökumətin işçi qrupu yaradılıb, qrup Suriyadan qaçan ermənilərin yerləşdirilməsi, vətəndaşlıqla təmin edilməsi və onlara iş imkanı yaradılması ilə bağlı məsələləri həll edir.

Suriyada 60 minə qədər erməni yaşayır və onlardan 3 mini artıq Ermənistana qaçıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti