Prodüserin evini soymuş Aysel tutuldu
Abşeron RPİ əməkdaşlarının 17 avqustda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masazır qəsəbə sakini Aysel Abdullayeva artıq tutulub.
Roland Bayramovun evini qarət edən xanım onun qonşusudur. Bu səbəbdən də prodüser məsələni uzatmaq fikrində deyil. Qonşusunun həbs olunmasının tərəfdarı olmayan R.Bayramov, oğurlanan pullar və qızıllar qaytarılarsa, onu bağışlamağı düşünür.
Roland Bayramov şou-biznesin bir çox tanınmış nümayəndələri ilə işləyib. Onun adı daha çox Rəqsanə İsmayılova və Natavan Həbibinin prodüseri kimi hallanıb. (Ans)
Teqlər: