`Qərbin məqsədi sülh yox, yalnız neftdir` - Ərdoğan

`Qərbin məqsədi sülh yox, yalnız neftdir` - Ərdoğan
  04 Sentyabr 2015    Oxunub:2025
Qərb ölkələri İraq və Liviyaya sülh və azadlıq gətirmir, onlar yalnız bu ölkələrin neft sərvətini nəzarətə götürməyə çalışırlar.
Oxu.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu sözləri G20 çərçivəsində biznes forumun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriya, Liviya və İraqdan gələn qaçqın axını ilə bacarmayan Qərb, iddia edir ki, bu ölkələrə azadlıq, sülh və inkişaf gətirir. Lakin bu bəyanatlara artıq heç kim inanmır. Liviya və İraqda neft var, və Qərb ölkələrini yalnız bu maraqlandırır. Hal-hazırda İraq və Liviya neftinin 80 %-i Qərb şirkətlərinin əllərindədir”, - Türkiyə prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, bu gün Türkiyədə 2 milyona yaxın suriyalı qaçqın var. Ölkə onlara kömək etmək üçün əlindən gələn hər şey edir.


Teqlər:





Xəbər lenti