Ermənistan Permyakovu Rusiyanın əlindən aldı

Ermənistan Permyakovu Rusiyanın əlindən aldı
  04 Sentyabr 2015    Oxunub:2248
Ermənistan və Rusiya Prokurorluğu yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakov cəzalandırılması məsələsində razılığa gəliblər.
Bu barədə AzVision.az Ermənistanın `Joxovurd` qəzetinə istinadən xəbər verir.

Bununla əlaqədar olaraq məhkəmə prosesi başa çatana və onun qərarı qüvvəyə minənə qədər Permyakov Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ərazisində saxlanılacaq.

Məhkəmə qərarının qüvvəyə minməsindən sonra Permyakov Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verəcək və öz cəzasına bu ölkədəki cəzaçəkmə müəssisələrindən birində çəkəcək.

Xatırladaq ki, avqustun 12-i fərarilik və silah oğurlamaqda ittiham olunan Valeri Permyakovun məhkəməsi başlayıb. Permyakov məhkəmədə ona qarşı səsləndirilən ittihamları qəbul edib.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti